Putinlə Kim Çen In arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Putinlə Kim Çen In arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Hazırda oxunan: Putinlə Kim Çen In arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

264893

Rusiya Prezidenti Vladimir Putin ilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin "Telegram" kanalında məlumat yer alıb.
 

Tərəflər 19 iyun 2024-cü ildə Pxenyanda imzalanmış Rusiya ilə KXDR arasında genişmiqyaslı strateji tərəfdaşlıq haqqında Müqavilə çərçivəsində dostluq, qonşuluq və əməkdaşlığın inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyiblər.


Putin, həmçinin Kursk vilayətinin azad olunmasında KXDR-nin göstərdiyi dəstək və əsgərlərin qəhrəmanlığına yüksək qiymət verib.

Telefon danışığı zamanı Rusiya Prezidenti ABŞ Prezidenti Donald Trampla keçiriləcək danışıqlar barədə də məlumat verib.

Danışıqların sonunda hər iki lider gələcək şəxsi əlaqələrin davam etdirilməsinə dair razılığa gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO