İlon Mask "ChatGPT"yə görə "Apple"ı məhkəməyə verir

İlon Mask "ChatGPT"yə görə "Apple"ı məhkəməyə verir

Hazırda oxunan: İlon Mask "ChatGPT"yə görə "Apple"ı məhkəməyə verir

264863

Amerikalı sahibkar İlon Mask "Apple" şirkətinə qarşı antiinhisar qanunvericiliyinin pozulması iddiası ilə məhkəmə iddiası qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "X" rəhbəri özünün sosial media hesabından məlumat verib.

Onun sözlərinə görə, "App Store"da elə şərait yaradılıb ki, süni intellekt sahəsində "OpenAI"dan başqa heç bir şirkət birinci yeri tuta bilməz.
 

Hazırda "ChatGPT" ABŞ-də "iPhone" üçün "App Store"un "Ən yaxşı pulsuz tətbiqlər" bölməsində liderlik edir. Maskın şirkəti tərəfindən hazırlanan "Grok" neyroşəbəkəsi beşinci yerdə, "Google"un "Gemini" çatbotu isə yalnız 57-ci mövqedədir.


Bundan əlavə, "ChatGPT" "App Store"da "Must-Have Apps" ("Mütləq yüklənməli tətbiqlər") seçiminə düşən yeganə süni intellekt çatbotudur ki, bu da Maskın fikrincə, tətbiq seçimində qərəzliliyi təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO