Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verməyəcək - Andrey Sıbiqa

Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verməyəcək - Andrey Sıbiqa

Hazırda oxunan: Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verməyəcək - Andrey Sıbiqa

264849

Ukrayna müharibənin başa çatması müqabilində ərazilərinin bir hissəsini Rusiyaya vermək ssenarisini nəzərdən keçirmir.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib.
 

“Prezident Volodimir Zelenski bu fikrə açıq şəkildə cavab verib, çünki bu, Ukrayna Konstitusiyasında təsbit edilib”, – deyə o bildirib.


Onun sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli, dayanıqlı sülhə can atır.
 

Sıbiqa vurğulayıb ki, hazırkı mərhələdə prioritet atəşkəs rejiminin tətbiqidir və bu, gələcək danışıqlar üçün əsas olacaq.

 

O, xatırladıb ki, beş ay əvvəl Ukrayna ABŞ prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və indi Rusiyadan analoji razılıq gözləyir.
 

“Və təbii ki, biz ABŞ-ın iştirakı və liderliyini gözləyirik, bu səylərə görə minnətdarıq”, – deyə o yekunlaşdırıb.


Bu arada, TASS-ın mənbələrə istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski Vladimir Putin və Donald Trampın görüşü günü Alyaskaya getməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO