ABŞ Rusiyanın sərhədinə yaxın əraziyə bombardmançı təyyarələr göndərdi

ABŞ Rusiyanın sərhədinə yaxın əraziyə bombardmançı təyyarələr göndərdi

Hazırda oxunan: ABŞ Rusiyanın sərhədinə yaxın əraziyə bombardmançı təyyarələr göndərdi

264827

ABŞ Avropadakı müttəfiqləri ilə birgə təlimlər keçirmək üçün Rusiyanın sərhədinə yaxın Norveç ərazisinə üç ədəd səsdən sürətli B-1B Lancer bombardmançı təyyarəsini göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti yayıb.
 

Məlumata görə, təyyarələrin Norveçdə yerləşdirilməsi ekipajlara taktikanı təkmilləşdirmək, manevr imkanlarını artırmaq və NATO müttəfiqləri ilə koordinasiyanı gücləndirmək imkanı yaradacaq.


Bu isə birgə təlimlər və əməliyyatlar vasitəsilə döyüş qabiliyyətini və hazırlıq səviyyəsini yüksəldəcək.
 

Komandanlıq dəqiqləşdirib ki, Norveçdə pilotlar real döyüş şəraitinə yaxın vəziyyətdə zərbə missiyalarını icra edəcəklər. Buraya həm hava, həm də quru hədəflərinə qarşı real vaxt rejimində hərəkətlər daxildir.


Norveç Silahlı Qüvvələrinin məlumatına görə, amerikalı bombardmançılar Erlann hərbi hava bazasında yerləşən F-35 qırıcıları ilə birgə təlimlər keçəcək.
 

Təyyarələrin bölgəyə göndərilməsi xəbəri ABŞ sabiq prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşünün 15 avqustda Alyaskada keçiriləcəyini elan etməsindən qısa müddət sonra yayılıb.


Bloomberg-in vəziyyətlə tanış mənbələri bildiriblər ki, Vaşinqton və Moskva Ukraynadakı müharibəni dayandırmaq üçün razılaşmaya nail olmağa çalışır. Saziş Rusiyanın işğal nəticəsində ələ keçirdiyi ərazilərin ilhaqını rəsmiləşdirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO