Qara kəmər alan Tokayev taekvondo məharətini belə nümayiş etdirdi – VİDEO

Qara kəmər alan Tokayev taekvondo məharətini belə nümayiş etdirdi – VİDEO

Hazırda oxunan: Qara kəmər alan Tokayev taekvondo məharətini belə nümayiş etdirdi – VİDEO

264784

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev taekvondo üzrə qara kəmərə layiq görülüb.

Bizim.Media Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, mükafatı ona Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çou təqdim edib.

Görüş zamanı Tokayev və Çou Koreya döyüş sənəti barədə fikir mübadiləsi aparıblar.
 

Söhbət zamanı tərəflər 14–16 avqust tarixlərində Qazaxıstan paytaxtında keçiriləcək Kazakhstan Open 2025 beynəlxalq reytinqli turnirinə (G1 kateqoriyası) də toxunublar.


Tokayev bildirib ki, qarşıdakı turnir qazax idmançılarının peşəkar inkişafı üçün yaxşı imkandır.

Görüş çərçivəsində tərəflər bir-birinə fəxri mükafatlar təqdim ediblər.

Tokayev taekvondonun inkişafına xüsusi töhfəsinə görə doqquzuncu dan qara kəmərlə təltif olunub. Dünya Taekvondo Federasiyasının rəhbəri Çunqvon Çou isə II dərəcəli “Dostıq” ordeni ilə təltif edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO