ABŞ-ın kəşfiyyat cəmiyyəti hesab edir ki, Rusiya və xüsusən də Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsi (QRU) xaricdəki Amerika dövlət məmurları ilə bağlı qeydə alınan hadisələrdə günahkardır və bunun nəticəsində onlar hansısa “enerjinin” hücumuna məruz qalırlar.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Washington Post” nəşri yayıb.
Bu məqalədə müəlliflər ABŞ prezident administrasiyasındakı yüksək səviyyəli mənbəyə istinad edərək, bir neçə ABŞ dövlət məmurunun gizli akustik və ya digər hücumlar şəklində “yönəldilmiş enerji” tərəfindən hədəfə alındığı bir neçə müəmmalı hadisəyə işarə vururlar.
Hücumlar dövlət qulluqçularının beyin zədələnməsi ilə nəticələnib.
Bunların arasında 2016-cı ilin noyabr ayında Havanada baş verən hadisə var. Nəticədə ABŞ-ın Kubadakı səfirliyinin 40 əməkdaşı yaralanıb.
Materialın müəlliflərinə görə, Co Bayden rəhbərliyi bu məlumatları yoxlayır və bunun doğrudanmı baş verdiyini anlamağa çalışırlar.
Ancaq hələlik bu insidentlərdə Rusiyanın günahkar olduğuna dair dəlillər açıqlanmır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:53 / 27.06.2021
Rusiya Amerikalı məmurların beynini \"yandırır” - ABŞ kəşfiyyatının ŞÜBHƏSİ
Hazırda oxunan: Rusiya Amerikalı məmurların beynini \"yandırır” - ABŞ kəşfiyyatının ŞÜBHƏSİ
Hazırda oxunan: Rusiya Amerikalı məmurların beynini \"yandırır” - ABŞ kəşfiyyatının ŞÜBHƏSİ
26477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.