Pezeşkian tapşırıq verdi: Türk adları ilə bağlı qadağalar aradan qaldırılsın! - FOTO

Pezeşkian tapşırıq verdi: Türk adları ilə bağlı qadağalar aradan qaldırılsın! - FOTO

Hazırda oxunan: Pezeşkian tapşırıq verdi: Türk adları ilə bağlı qadağalar aradan qaldırılsın! - FOTO

264756

İranda uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərlə bağlı başlanılan "Balamın adı" kampaniyasına İran Prezidenti Məsud Pezeşkian reaksiya verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "Azad İran" "Telegram" kanalı yayıb.
 

Məlumata görə, M.Pezeşkian 15 761 nəfərin imzaladığı petisiyanı nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı qoyulan qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.


Xatırladaq ki, bir müddət öncə Azərbaycan türkləri arasında uşaqlara türk adlarının verilməsinin rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı.
 

Bu səbəblə vətəndaşlar "Balamın adı" kampaniyasına start verərək, Prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.


Təşkilatçılar bildirirlər ki, məqsəd İran qanunvericiliyinin "Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında" qanunun 20-ci maddəsinin dəyişdirilməsidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO