Bakıda törədilmiş dəhşətli qətlin TƏFƏRRÜATI - İsgəndərin payızda toyu olacaqmış - VİDEO

Bakıda törədilmiş dəhşətli qətlin TƏFƏRRÜATI - İsgəndərin payızda toyu olacaqmış - VİDEO

Hazırda oxunan: Bakıda törədilmiş dəhşətli qətlin TƏFƏRRÜATI - İsgəndərin payızda toyu olacaqmış - VİDEO

264722

Bakıda 34 yaşlı kişinin qətli ilə bağlı təfərrüat məlum olub.

Bizim.Media xəbər verir ki, qonşuların sözlərinə görə, əslən Tərtərdən olan İsgəndər Əliyev paytaxtdakı tikinti şirkətlərindən birində iş icraçısı kimi çalışıb. O, payızda toy etməyə hazırlaşırmış.

Qonşular bildiriblər ki, hadisə baş verən gecə ev sahibi özü də evdə olub. İsgəndər Əliyev və yoldaşları kirayə qaldıqları evin birinci mərtəbəsində, ev sahibi isə 3-cü mərtəbədə yaşayır. Hadisənin tamah məqsədi ilə törədildiyi iddia edilir.

Məlumata görə, hadisəni törədənlər mərhumun ölümünü 3 gün gizlədə biliblər. Lakin ailə üzvləri İsgəndərlə danışa bilmədiyi üçün onun Bakıda kirayə yaşadığı mənzilə gəliblər. Qətlin üstü də bundan sonra açılıb.

Ətraflı Xəzər TV-nin süjetində:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO