Ruslar Türkiyəni kütləvi şəkildə tərk edirlər

Ruslar Türkiyəni kütləvi şəkildə tərk edirlər

Hazırda oxunan: Ruslar Türkiyəni kütləvi şəkildə tərk edirlər

264711

Türkiyədə daimi yaşayan Rusiya vətəndaşlarının sayı son 3 ildə 154 min nəfərdən 85 min nəfərə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyinin məlumatında deyilir.

Bildirilir ki, buna səbəb Rusiya vətəndaşlarının Türkiyədə yaşamağa marağının azalmasıdır.
 

Diplomatik nümayəndəlik qeyd edib ki, bu, Türkiyədə inflyasiya səviyyəsinin yüksək olması və daşınmaz əmlak qiymətlərinin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır.


Səfirliyin məlumatına görə, bəzi rayonlarda əcnəbilər mənzil ala və ya kirayələyə bilmirlər.

Bundan əlavə, Türkiyədə əcnəbilər üçün vergilər artırılıb və miqrasiya nəzarəti sərtləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO