Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq məsləhətləşmələr aparacaq

Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq məsləhətləşmələr aparacaq

Hazırda oxunan: Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq məsləhətləşmələr aparacaq

264692

Almaniya Kansleri Fridrix Merts Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna müharibəsinə dair məsləhətləşmələr aparmaq niyyətindədir.

Bizim.Media “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bununla bağlı videokonfransın keçirilməsi planlaşdırılır.
 

Onlayn məsləhətləşmələrdən əvvəl Kanslerin Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Finlandiyanın dövlət və hökumət başçıları ilə virtual görüşü təşkil olunacaq.


Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ Prezident Donald Tramp avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı müharibə ilə bağlı görüş keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO