Azərbaycanlıların yay istirahətində YENİ İSTİQAMƏTLƏR: Rusiya və İranın yerini hansı ölkələr tutdu?

Azərbaycanlıların yay istirahətində YENİ İSTİQAMƏTLƏR: Rusiya və İranın yerini hansı ölkələr tutdu?

Hazırda oxunan: Azərbaycanlıların yay istirahətində YENİ İSTİQAMƏTLƏR: Rusiya və İranın yerini hansı ölkələr tutdu?

264643

Azərbaycan vətəndaşlarının yay istirahətləri çox vaxt ya ölkədaxili turizm, ya da qonşu ölkələrə səyahətlə kifayətlənir. Amma son bir ildə Azərbaycanla bəzi qonşu ölkələr arasında münasibətlərdəki dəyişikliklər və regional təhlükəsizlik faktorları yay mövsümündə Azərbaycanlı turistlərin səyahət istiqamətlərinə də öz təsirini göstərib.

Bizim.Media-nın turizm şirkətlərinə müraciətləri əsasında araşdırmasına görə, ənənəvi olaraq ən çox gedilən ölkələr sırasındakı Rusiya və İranla bağlı narahatlıqlar bu ölkələrə səyahətlərin azalması ilə müşahidə olunub. Bunun əvəzində isə yeni qapılar açılıb: bu il soydaşlarımız daha çox Yunanıstana, Kanadaya və ekzotik ölkələrdən Baliyə üz tutublar.

Yunanıstanın xüsusilə Krit və Santorini adaları yerli turistlərimiz arasında məşhurdur. Baliyə tropik cənnət olaraq fərqli və yaddaqalan istirahət etmək üçün üstünlük verilir. Kanada isə əksər azərbaycanlıların “həm ziyarət, həm ticarət paketi”nə daxildir. Yəni ora gedən həmyerlilərimiz gəzməklə yanaşı həm də ölkəni, ordakı yaşayış və dolanışıq şəraitini araşdırırlar.

Şirkətlərdən onu da bildirdilər ki, səyahət həvəskarları bu xarici ölkələrə Gürcüstan və Türkiyə vasitəsilə uçmağa daha çox üstünlük verirlər.
 

Türkiyə və Gürcüstan isə ənənəvi sabit zirvəsini qoruyur. Bu il də ən çox müraciət qardaş ölkəyə və yaxın qafqazlılarımıza olub. Xüsusən də Türkiyənin Antalya, Alanya, Bodrum, Gürcüstanin isə Batumi və Kobuletisi azərbaycanlılarla “qaynayır”. 


Son illərdə müxtəlif, sərfəli turpaketlər sayəsində artıq orta azərbaycanlıya baha başa gələn qərbi Avropa ölkələri də əlçatan olub. Bu ölkələrdən təbiəti, mətbəxi və mentaliteti bizə çox da uzaq olmayan cənub-qərbi Avropa ölkələri – İtaliya, İspaniya və Portuqaliya daha çox ziyarət olunur. Güman ki, ailə rəislərinin top sevdası da bu seçimə təkan verib, çünki səyahət zamanı sevimli, məşhur futbol klublarının arenalarını yaxından görmək mümkündür.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO