Sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya TƏSİS EDİLƏCƏK

Sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya TƏSİS EDİLƏCƏK

Hazırda oxunan: Sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya TƏSİS EDİLƏCƏK

264639

Azərbaycan və Ermənistan iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Sazişin paraflanmış mətnində qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Ermənistanla paraflanmış sülh sazişinin MƏTNİ AÇIQLANDI - FOTO


"13-cü maddəyə əsasən, Komissiya tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək", - deyə sənəddə bildirilir.

Bundan başqa, Sazişin 14-cü maddəsinə əsasən, Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar.

Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO