UEFA-dan Qarabağın rəqibinə XƏBƏRDARLIQ

UEFA-dan Qarabağın rəqibinə XƏBƏRDARLIQ

Hazırda oxunan: UEFA-dan Qarabağın rəqibinə XƏBƏRDARLIQ

264570

UEFA "Qarabağ" klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi FCSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.
 

Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə "Şkendiya" cərimələnəcək.


Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO