Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

264568

“Bakı Metropoliteni” avqustun 12-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası matçına görə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bizim.Media xəbər verir ki, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.
 

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.


Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO