Polisdən qaçmağa çalışan “Kamaz” sürücüsü belə SAXLANILDI – ANBAAN VİDEO

Polisdən qaçmağa çalışan “Kamaz” sürücüsü belə SAXLANILDI – ANBAAN VİDEO

Hazırda oxunan: Polisdən qaçmağa çalışan “Kamaz” sürücüsü belə SAXLANILDI – ANBAAN VİDEO

264561

Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən “Kamaz” markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamilov Şöhrət Gülmirzə oğlu həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Belə ki, sürücü stasionar postda xidmət aparan YPX əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.
 

Bildirilib ki, Yol Patrul Xidməti əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb.Yoxlama zamanı sürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.


Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO