Biləsuvarda AĞIR QƏZA: Şəhid atası və daha bir nəfər xəsarət aldı

Biləsuvarda AĞIR QƏZA: Şəhid atası və daha bir nəfər xəsarət aldı

Hazırda oxunan: Biləsuvarda AĞIR QƏZA: Şəhid atası və daha bir nəfər xəsarət aldı

264483

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bəydili kəndində qeydə alınıb.
 

Belə ki, Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.


Qəza nəticəsində sürücü və sərnişin Qəhrəman Bağırov suda boğulmaq təhlükəsi ilə üzləşib.
 

Onlar yaxınlıqda olan kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıblar. Ə.Əhmədli və Q.Bağırov müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Qeyd edək ki, Q. Bağırov Vətən müharibəsi şəhidi Hikmət Bağırlının atasıdır.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO