“Beşiktaş” futbolçusuna 10 milyon qiymət qoydu

“Beşiktaş” futbolçusuna 10 milyon qiymət qoydu

Hazırda oxunan: “Beşiktaş” futbolçusuna 10 milyon qiymət qoydu

264432

"Beşiktaş"In futbolçusu Milot Raşitsa komandadan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, baş məşqçi Ule Qunnar Sulşer kosovolu vingerin performansından məmnun deyil. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Raşitsa ilə Avropanın 3 klubunun maraqlandığı bildirilir. İstanbul nəhəngi 29 yaşlı oyunçu üçün 8-10 milyon avroluq təklif gələcəyi təqdirdə onu satacaq.

Qeyd edək ki, "Beşiktaş" Milot Raşitsanı 2023-cü ilin yayında "Norviç"dən transfer edib. Kosovo millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 83 rəsmi matçda 10 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO