Marko Rubio Makronu tənqid etdi: “Burnunu hər yerə soxur”

Marko Rubio Makronu tənqid etdi: “Burnunu hər yerə soxur”

Hazırda oxunan: Marko Rubio Makronu tənqid etdi: “Burnunu hər yerə soxur”

264425

ABŞ dövlət katibi Marko Rubio Fransa prezidenti Emmanuel Makronu İsraillə HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib.

Bizim.Media xəbər verir ki, Rubio “Eternal Word Television Network” kanalına müsahibəsində bildirib:

“Əgər mən HƏMAS olsaydım, belə qərara gələrdim: gəlin atəşkəs bağlamayaq… çünki bizi mükafatlandıra bilərlər, biz bunu qələbə kimi qiymətləndirə bilərik”.
 

Marko Rubionun sözlərinə görə, Makronun qərarı digər ölkələrə də təsir edib və onlar sentyabra qədər atəşkəs əldə olunmasa, Fələstini tanımağa hazır olduqlarını bəyan ediblər.


Siyasi müşahidəçilər hesab edirlər ki, Makronun diplomatik mövqeyi təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da prosesləri ləngidir. Azərbaycan–Ermənistan sülh danışıqlarında Fransanın birtərəfli mövqeyi və İrəvanı qızışdıran çıxışları, davranışları real irəliləyişin qarşısını alan əsas amillərdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO