Trampla görüşdən imtina edən aktrisa: “Getsəydim...”

Trampla görüşdən imtina edən aktrisa: “Getsəydim...”

Hazırda oxunan: Trampla görüşdən imtina edən aktrisa: “Getsəydim...”

264385

Tanınmış aktrisa Emma Tompson Lokarno Film Festivalında bir vaxtlar gələcək prezident Donald Trampla görüşdən imtina etdiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Deadline" nəşri yazıb.
 

Kino ulduzu 1998-ci ildə Mayk Nikolsun "Əsas rənglər" filminə çəkilən zaman Trampın ona zəng etdiyini deyib.


"O, "Salam, bu Donald Trampdır" dedi. Bunun zarafat olduğunu düşündüm və dedim ki, sizin üçün nə edə bilərəm? O, məndən onunla nahar etməyimi istədi, dedim ki, bu, çox yaxşı olardı və mən özüm ona zəng vuracağam", - Tompson xatırlayıb.

Aktrisa bildirib ki, söhbət o, boşandıqdan sonra baş tutub və o, Trampın onun nömrəsini necə tapdığını anlamayıb.

"Mən Donald Trampla görüşə gedə və ABŞ tarixinin gedişatını dəyişə bilərdim", - deyə ikiqat "Oskar" laureatı zarafatla bildirib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO