Britaniyada radioaktiv suların dənizə sızdığı məlum oldu

Britaniyada radioaktiv suların dənizə sızdığı məlum oldu

Hazırda oxunan: Britaniyada radioaktiv suların dənizə sızdığı məlum oldu

264354

Böyük Britaniyada nüvə silahlarının saxlandığı hərbi bazadan köhnə boruların dəfələrlə partlaması nəticəsində radioaktiv su dənizə sızıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı “The Guardian“ mənbələrə istinadən məlumat yayıb.

"Tənzimləyici müəyyən edib ki, radioaktiv material Şotlandiyanın qərbindəki Qlazqo yaxınlığındakı Loç Long ərazisinə sızıb. Çünki Kral Hərbi Dəniz Qüvvələri bazada 1500 su borusu şəbəkəsini lazımi səviyyədə saxlaya bilməyib", - məlumatda deyilir.

Söhbət Şotlandiyanın Kulport qəsəbəsi yaxınlığında yerləşən hərbi bazadan gedir.

Yaxınlıqda yerləşən dörd Trident sualtı qayığı üçün nəzərdə tutulmuş nüvə başlıqları orada saxlanılır.
 

“The Guardian“ Şotlandiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Sepa) sənədlərinə istinadən hərbi bazanın borularının dəfələrlə partladığını yazıb.


Borularda partlamalar 2010-cu ildə bir dəfə, daha sonra 2019-cu ildə iki dəfə və 2021-ci ildə iki dəfə baş verib.

Borulardan döyüş başlıqlarında istifadə olunan radioaktiv tritiumla çirklənmiş su sızdığı bildirilir.

Məlumatda o da qeyd olunur ki, Sepa və Böyük Britaniyanın Müdafiə Nazirliyi uzun illər sızmalarla bağlı məlumatı gizlətməyə çalışıb və bunun milli təhlükəsizlik məsələsi olduğunu iddia edib.

Lakin bu yaxınlarda Şotlandiyanın İnformasiya Komissarı Devid Hamilton məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı göstəriş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO