Ən yaxşı kameraları olan smartfonlar

Ən yaxşı kameraları olan smartfonlar

Hazırda oxunan: Ən yaxşı kameraları olan smartfonlar

264338

"DxOMark" laboratoriyasının mütəxəssisləri yeni qiymətləndirmə metodologiyasını tətbiq edərək, smartfon kameralarının sınaqdan keçirilməsinə yanaşmalarını yenidən nəzərdən keçiriblər.

Bizim.Media bu barədə IXBT saytına istinadla xəbər verir.

Nəticədə, bəzi modellər yenidən sınaqdan keçirilib və liderlərin siyahısı əhəmiyyətli dərəcədə dəyişib.

Yenilənmiş reytinqdə birinci yeri 169 bal toplayan "Oppo Find X8 Ultra" flaqmanı tutub. İkinci yerdə 163 balla daha əvvəl reytinqə başçılıq edən "Huawei Pura 70 Ultra" smartfonu qərarlaşıb.

İlk üçlüyü 161 xal toplayan "iPhone 16 Pro Max" tamamlayır ki, bu da rəqiblərin fonunda gözlənilməz nəticə olub.
 

Bundan əlavə, yeni metodologiya ilə "Google Pixel 9 Pro XL" (160 bal) və "Xiaomi 15 Ultra" (159 bal) sınaqdan keçirilib.


Qeyd edək ki, "DxOMark" smartfonlarda və digər elektronikada kameraların, audionun, displeylərin və batareyaların keyfiyyətinin sınaqdan keçirilməsi və müqayisəsi üzrə ixtisaslaşan müstəqil laboratoriyadır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO