“Neftçi” “Monpelye”nin üzvünü transfer etdi

“Neftçi” “Monpelye”nin üzvünü transfer etdi

Hazırda oxunan: “Neftçi” “Monpelye”nin üzvünü transfer etdi

264336

“Neftçi” mövsümlərarası fasilə dönəmində daha bir transferi reallaşdırmaq üzrədir.

Bizim.Media xəbər verir ki, Falaye Sako ilə danışıqlar uğurla bitib.
 

“Ağ-qaralar” “Monpelye”də çıxış edən müdafiəçinin keçidini həll edib. 30 yaşlı sağ cinah oyunçusu Bakıdadır, tibbi müayinədən uğurla keçib.


Onunla bu gün iki illik müqavilə bağlanacaq. Təqdimat mərasimi ən geci sabah reallaşacaq. Falayenin fransızlarla müqaviləsi gələn yay başa çatırdı. “Neftçi”nin onun üçün nə qədər transfer haqqı ödədiyi bəlli deyil.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO