Azərbaycan Premyer Liqası: İlk turun oyun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqası: İlk turun oyun cədvəli açıqlandı

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: İlk turun oyun cədvəli açıqlandı

264310

Misli Premyer Liqasının 2025/26 mövsümündə I turun oyun cədvəli məlum olub.

Bizim.Media xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

15 avqust (cümə)

“Karvan-Yevlax” – “Qəbələ”

Şamaxı şəhər stadionu, 17:00

16 avqust (şənbə)

“İmişli” – “Turan Tovuz”

Şamaxı şəhər stadionu, 17:00

“Neftçi” – “Şamaxı”

“Neftçi Arena”, 20:00

17 avqust (bazar)

“Sabah” – “Qarabağ”

“Bank Respublika Arena”, 18:30

“Sumqayıt” – “Kəpəz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:30

18 avqust (bazar ertəsi)

“Zirə” – “Araz-Naxçıvan”

Zirə İdman Kompleksinin stadionu, 20:00

Qeyd 1: Misli Premyer Liqasının 2025/26 mövsümünün 1-ci turunun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlanacaq (tam versiya).

Qeyd 2: “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.

Qeyd 3: “Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” oyunu təxirə salınacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO