Birlikdə tətil edəcəyi dostu yoxa çıxdı... - Video

Birlikdə tətil edəcəyi dostu yoxa çıxdı... - Video

Hazırda oxunan: Birlikdə tətil edəcəyi dostu yoxa çıxdı... - Video

264281

Məşhur aktyor Kıvanç Tatlıtuğun yaxın dostu yoxa çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında paylaşım edib.
 

Artıq 5 gündür Mərmərə adası sahillərində itkin düşən 43 yaşlı iş adamı Halit Yukayın üçün axtarış-xilasetmə işlərinə qatılan Kıvanç, xilasedicilərlə birlikdə suya enib və pilotsuz təyyarə ilə havadan axtarışlara qoşulub.


Yukayın qəzaya uğramış yaxtasını vurduğu iddia edilən gəminin radar məlumatları da ortaya çıxıb.

Avqustun 4-də baş verən qəza ilə bağlı dünya səviyyəsində gəmilərin və yaxtaların real vaxtda yerini göstərən “Marine Traffic” görüntüləri, Çanaqqaladan yola çıxan “Arel 7”nin Mərmərə adası sahillərində üzərkən tərsinə çevrildiyini aşkarlayıb.

Məlumata görə, hadisə baş verən gün aktyor dostu ilə telefonda danışıb.

Yukay ailəsini Bozcaadadan götürərək Yunanıstanda istirahət edən Tatlıtuğ ailəsinin yanına getməyi planlaşdırırmış. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO