ATƏT-dən Vaşinqton görüşü ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

ATƏT-dən Vaşinqton görüşü ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: ATƏT-dən Vaşinqton görüşü ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

264269

“Biz avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri alqışlayırıq, Ermənistan və Azərbaycanı bu inkişafa görə təbrik edirik və ABŞ Administrasiyasının bu nəticələrin reallaşmasında oynadığı rolu yüksək qiymətləndiririk”.
 

MÖVZU İLƏ BAĞLI

Sülh sazişinin paraflanması ilə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV


Bu fikirləri Bizim.Media-nın sorğusuna cavab olaraq ATƏT-in ictimiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Açıqlamada ATƏT-in Vaşinqton görüşünün nəticələrindən məmnunluğu ifadə olunub, bundan sonra da sülhə və təhlükəsizliyə ATƏT-in sadiqliyi qeyd edilib.


“Biz Ermənistan və Azərbaycanı münasibətlərin normallaşması və sülhün əldə edilməsi üçün mümkün olan hər şeyi etməyə davam etməyə çağırırıq.

ATƏT hər iki ölkəyə davamlı sülh və sabitlik gətirməyə yönəlmiş bütün səylərə sadiqdir.

ATƏT təhlükəsizliyə hərtərəfli yanaşmamıza uyğun olaraq 8 avqust sazişlərinin həyata keçirilməsini dəstəkləməyə hazırdır”, - deyə sorğuya cavab olaraq bildirilib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO