Səhər yuxudan qalxanda belə yorğun hiss etmək və gün ərzində heç bir ağır iş görməsəniz belə enerjinizin tez düşməsi diqqət dağınıqlığı, baş ağrısı, halsızlıq kimi problemlərə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, əsas səbəblər arasında yuxu rejiminin pozulması, qeyri-sağlam qidalanma, az hərəkətlilik, stress, kifayət qədər su içməmək, hormonal dəyişikliklər və vitamin-mineral çatışmazlığı var.
Mütəxəssislər enerjini yüksəltmək üçün balanslı qidalanma, bol su içmə, müntəzəm idman, meditasiya və sabit yuxu saatlarına riayət etməyi tövsiyə edir.
Həmçinin kafein, qazlı içkilər, çox yağlı və şəkərli qidalardan uzaq durmaq da gün boyu daha enerjili qalmağa kömək edə bilər. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:17 / 08.08.2025
Səhərdən axşama enerjili qalmaq üçün nə etməli?
Hazırda oxunan: Səhərdən axşama enerjili qalmaq üçün nə etməli?
Hazırda oxunan: Səhərdən axşama enerjili qalmaq üçün nə etməli?
264118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.