“Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək”.
Bizim.Media "Report.az"a istinadla xəbər verir ki, bunu hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakı metrosunda uşaq DÜNYAYA GƏLDİ
"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq.
Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", - o bildirib.
Qeyd edək ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Bizim.Media