ABŞ hakimiyyəti paytaxt Vaşinqtonda cinayətkarlığın artması və keçmiş dövlət məmuru Edvard Koristinə edilən hücumla əlaqədar olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayını artırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Tramp: “Azərbaycanla Ermənistan arasında sülhə dair sənəd imzalanacaq” - FOTO
Ağ Evin mətbuat katibi Karolin Levittin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp federal hüquq-mühafizə orqanlarının Vaşinqtonda işinin gücləndirilməsi barədə göstəriş verib.
Qərarın qəbuluna son vaxtlar cinayətkarlığın artması və Dövlət Effektivliyi Departamentinin keçmiş əməkdaşı Edvard Koristinə edilən hücum səbəb olub.
“Prezident Tramp günahsız vətəndaşların müdafiəsi məqsədilə federal hüquq-mühafizə orqanlarının işinin gücləndirilməsi ilə bağlı göstəriş verib. Bu gecədən etibarən, Kolumbiya dairəsində cinayətkarlara sığınacaq olmayacaq”, – deyə Levitt bildirib.
Bizim.Media