“Mən o qədər pulu götürüb hara gedə bilərəm ki?”

“Mən o qədər pulu götürüb hara gedə bilərəm ki?”

Hazırda oxunan: “Mən o qədər pulu götürüb hara gedə bilərəm ki?”

264057

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb. Həmçinin Cahangir Əsgərovun banklardan birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd olunub. 

Bizim.Media xəbər verir ki, Cahangir Əsgərov Manset.az-a açıqlamasında deyilənləri təkzib edib.

C.Əsgərov qeyd edib ki, hazırda öz bağında istirahət edir:

“Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu yazanların məqsədi nədir? Hazırda İsmayıllıda, öz bağımda istirahət edirəm. Bir azdan buradan çıxıb Bakıya – Şüvəlandakı bağıma gedəcəyəm.
 

Bəli, mən İspaniyaya gedirəm, orada müalicə alıram. Sentyabrın 15-də müalicə üçün yenidən İspaniyada olacağam. Lazım gələrsə, klinikanın adını da deyə bilərəm. Hazırda pensiyada olan adamam. Xahiş edirəm, məndən əl çəksinlər.


Ölkədə qanunlar var, mən o qədər pulu götürüb hara gedə bilərəm ki? Bunlar manyakdırlar. Heç olmasa yazanda elə yazsınlar ki, inandırıcı olsun. Mən hazırda tək yaşayıram. Xahiş edirəm, mənə toxunmayın. Mənə toxunanları Allaha tapşırıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO