Son günlər sosial şəbələlərdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyindən “apa.az”a bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.
Nazirlik bildirib ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:
məktəbəhazırlıq mərhələsi (5 yaş);
ibtidai təhsil (I-IV siniflər);
ümumi orta təhsil (V-IX siniflər);
tam orta təhsil (X-XI siniflər).
"Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:37 / 08.08.2025
12 illik təhsilə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: 12 illik təhsilə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: 12 illik təhsilə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
264044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.