Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb

Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb

Hazırda oxunan: Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb

264022

ABŞ-ın Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan legionellozdan üçüncü ölüm halı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, infeksiya ilk dəfə iyulun 25-də aşkarlanıb və qısa müddət ərzində yayılaraq epidemiya halını alıb.

Hazırda 67 nəfərə bu diaqnoz qoyulub.

Şəhər rəhbərliyi qripə bənzər əlamətlər - öskürək, boğaz ağrısı, burun axıntısı, sinə ağrısı və nəfəs darlığı hiss edən sakinlərə dərhal həkimə müraciət etməyi tövsiyə edir.

Legionelloz - "Legionella pneumophila" bakteriyasının səbəb olduğu ciddi ağciyər infeksiyasıdır. Bakteriya əsasən durğun sularda və baxımsız kondisionerlərin nəm filtrlərində çoxalır.

Kondisionerin yaratdığı hava axını ilə ətrafa yayılaraq nəfəs yolu ilə insan orqanizminə daxil olur.

Risk qrupuna kondisionerli, qapalı və sıx məkanlarda çalışan şəxslər, havalandırma sistemlərinin təmizliyinə nəzarət edilməyən müəssisələrin əməkdaşları, həmçinin yaşlılar, immun sistemi zəif olanlar və siqaret istifadəçiləri daxildir.

Xəstəlik əlamətləri adətən soyuqdəymə və qriplə qarışdırılır. Diaqnozun gec qoyulması isə ağır fəsadlara və bəzi hallarda ölümə səbəb ola bilər. Mütəxəssislər legionellozun qan analizi ilə vaxtında aşkarlanmasının və dərhal müalicəyə başlanmasının vacibliyini vurğulayırlar. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO