Xəzərin sahillərini çirkləndirən 14 nəfər CƏZALANDIRILDI

Xəzərin sahillərini çirkləndirən 14 nəfər CƏZALANDIRILDI

Hazırda oxunan: Xəzərin sahillərini çirkləndirən 14 nəfər CƏZALANDIRILDI

263918

Xəzər dənizinin sahilini çirkləndirən 14 nəfər məsuliyyətə cəlb olunub.

Bu barədə Bizim.Media Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakının Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş yerdə tütün çəkən 1 nəfər olmaqla ümumilikdə 14 şəxs barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO