7 nəfərin öldüyü qəzadakı maşınların buraxılış kartı olmayıb – RƏSMİ

7 nəfərin öldüyü qəzadakı maşınların buraxılış kartı olmayıb – RƏSMİ

Hazırda oxunan: 7 nəfərin öldüyü qəzadakı maşınların buraxılış kartı olmayıb – RƏSMİ

263857

Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.
 

MÖVZU İLƏ BAĞLI

SON DƏQİQƏ! Şəmkirdə DƏHŞƏTLİ QƏZA – 7 nəfər həyatını itirdi - FOTO


Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
 

Qeyd edilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Bens" markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.


Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb:
 

"Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.


Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

Qeyd edək ki, avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə 7 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO