Dünya 16 yaşlı bu qızdan danışır: Həm gözəlliyindən, həm də... - FOTOLAR

Dünya 16 yaşlı bu qızdan danışır: Həm gözəlliyindən, həm də... - FOTOLAR

Hazırda oxunan: Dünya 16 yaşlı bu qızdan danışır: Həm gözəlliyindən, həm də... - FOTOLAR

263825

"Ferrari" gənc istedadların axtarışını davam etdirir.

Bizim.Media xəbər verir ki, komanda yaxın günlərdə Danimarkadan olan 16 yaşlı pilot Alba Larseni akademiyasına qəbul edib.

2008-ci il təvəllüdlü Larsen, FİA və "Ferrari"nin dəstəyi ilə keçirilən "Girls on Track – Rising Star" proqramının dördüncü mövsümünün qalibi olub.

Final mərhələsi Skuderiyanın test poliqonu olan əfsanəvi Fiorano trasında baş tutub.
 

Həmin vaxt 14 yaşı olan danimarkalı sürücü təkcə sürəti ilə deyil, həm də yetkin və peşəkar pilotaj yanaşması ilə "Ferrari" mütəxəssislərinin diqqətini cəlb edib.


Alba Larsen artıq bu mövsüm Formula 1 Qadınlar Akademiyasının bayrağı altında keçirilən çempionatda çıxış edib. İndiyə qədər baş tutan 8 yarışın 7-sində xal qazanaraq şəxsi hesabda 6-cı yerdə qərarlaşıb.

Bu inkişaf tempi "Ferrari" rəhbərliyini onunla əməkdaşlığı davam etdirməyə sövq edib.

Beləliklə, Larsen 2026-cı ilin yanvarından etibarən rəsmi olaraq "Ferrari" Akademiyasının üzvü olacaq.
 

Gənc pilot artıq bütün dünyanın diqqət mərkəzindədir. Onun uğurları media tərəfindən işıqlandırılır. Xarici görünüşü də bu baxımdan ona kömək edir.


O, "Vogue" kimi məşhur dəb jurnallarının çəkilişlərində də iştirak etmək imkanı qazanıb. (Publika.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO