Birləşmiş Ərəb Əmirlikləri Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirlikləri Sudana uçuşları dayandırdı

Hazırda oxunan: Birləşmiş Ərəb Əmirlikləri Sudana uçuşları dayandırdı

263808

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkətlərini xəbərdar edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.

"Sudan və BƏƏ arasında bütün uçuşlar dayandırılıb", - kanalın mənbələrindən biri bildirib.

Öz növbəsində, Sudanın aviasiya hakimiyyət orqanları bu məlumatı təsdiqləyiblər.
 

"Asharq News" bildirib ki, bu addım çox güman, Xartum və Əbu-Dabi arasındakı gərginliklə bağlıdır. Bundan əvvəl Sudan BƏƏ-ni kolumbiyalı muzdluları Çevik Reaksiya Qüvvələrinin (RRF) tərəfində döyüşmək üçün yerləşdirməkdə ittiham edib.


BƏƏ Xarici İşlər Nazirliyi “Port Sudan administrasiyası tərəfindən irəli sürülən ittihamları” rədd edərək, onların əsassız olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO