Mediński öz soyadını Ukrayna əsirləri siyahısında tapdı – “Bir millət olduğumuz yenə sübut olundu”

Mediński öz soyadını Ukrayna əsirləri siyahısında tapdı – “Bir millət olduğumuz yenə sübut olundu”

Hazırda oxunan: Mediński öz soyadını Ukrayna əsirləri siyahısında tapdı – “Bir millət olduğumuz yenə sübut olundu”

263799

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi üçün yayımlanan siyahıda maraqlı bir detala rast gəlinib.

Bizim.Media xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri, keçmiş mədəniyyət naziri Vladimir Medinski bildirib ki, həmin siyahıda "Mediński Oleq Anatolyeviç" adlı bir şəxsin adı yer alıb. O, bu şəxsin Ukraynanın Xerson vilayətindən olduğunu qeyd edib.

Medinski məsələ ilə bağlı istehzalı və təəccüblü şəkildə belə şərh verib:

“Ya soyadca oxşar olan biridir, ya da uzaq qohumdur. Bu, bir daha sübut edir ki, biz bir millətik.”
 

Bu sözləri ilə Medinski Rusiyanın tez-tez vurğuladığı “ruslar və ukraynalılar eyni xalqdır” ritorikasına istinad edib.


Qeyd edək ki, Rusiya rəsmilərinin bu tip açıqlamaları Ukrayna cəmiyyətində və beynəlxalq aləmdə birmənalı qarşılanmır.
 

Ukrayna tərəfi uzun müddətdir ki, Rusiyanın belə bəyanatlarını Ukraynanın suverenliyinə və milli kimliyinə qarşı hörmətsizlik kimi qiymətləndirir.


Əsir mübadiləsi kontekstində isə bu cür “oxşarlıqlar” və “qohumluq bağları” ilə bağlı bəyanatlar daha çox siyasi və təbliğat xarakterli ritorika kimi dəyərləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO