SON DƏQİQƏ: Trampdan Ukrayna müharibəsi haqda sevindirici xəbər -Yaxın günlərdə...

SON DƏQİQƏ: Trampdan Ukrayna müharibəsi haqda sevindirici xəbər -Yaxın günlərdə...

Hazırda oxunan: SON DƏQİQƏ: Trampdan Ukrayna müharibəsi haqda sevindirici xəbər -Yaxın günlərdə...

263792

“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb
 

“Görüşdə xeyli irəliləyiş əldə olunub. Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumat verdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxın günlərdə və həftələrdə buna çalışacağıq”, - Donald Tramp yazıb.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş təxminən üç saat davam edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş zamanı Putin Ukraynadakı mnaqişənin həlli ilə bağlı bəzi siqnallar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO