İspaniyada meşə yanır: 1,5 mindən çox insan təxliyə edildi

İspaniyada meşə yanır: 1,5 mindən çox insan təxliyə edildi

Hazırda oxunan: İspaniyada meşə yanır: 1,5 mindən çox insan təxliyə edildi

263789

İspaniyanın Kadis əyalətinin Tarifa şəhərində böyük meşə yanğını ilə əlaqədar 1 500-dən çox insan təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mundo” qəzeti məlumat yayıb.
 

“Yaxınlıqdakı mehmanxanalardan, düşərgələrdən və yaşayış binalarından 1 550 nəfər təxliyə edilib. Avqust ayında mehmanxanaları dolduran istirahət edən şəxsləri əvvəldən evakuasiya etmək lazım gəldi”, - nəşr yazır.



Məlumata görə, “Torre La Peña” düşərgəsində başladığı ehtimal edilən yanğın turizm bölgəsinə də keçib.
 

Çərşənbə gününə keçən gecə Əndəlüs Meşə Yanğınsöndürmə Xidmətinin 100-dən çox mütəxəssisi yanğının N-340 magistral yoluna və hotel komplekslərinə keçməsinin qarşısını almaq üçün çalışıb. Səhər saatlarında yanğının söndürülməsinə 6 təyyarə də cəlb olunub.


Tarifa meri Xose Antonio Santosun sözlərinə görə, bu yanğın son illərin ən ciddi yanğını olub. Onun söndürülməsinə əyalətin hər yerindən yanğınsöndürənlər cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO