“Liverpul”un futbolçusu ərəb klubuna keçir

“Liverpul”un futbolçusu ərəb klubuna keçir

Hazırda oxunan: “Liverpul”un futbolçusu ərəb klubuna keçir

263778

"Liverpul"un hücumçusu Darvin Nunes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Əl-Hilal" uruqvaylı forvardın transferini yekunlaşdırmaq üzrədir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
 

"Liverpul" ərəblərin 53 milyon avro və bonuslardan ibarət təklifini qəbul edib. 26 yaşlı futbolçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.


Qeyd edək ki, "Liverpul" Darvin Nunesi 2022-ci ilin yayında "Benfika"dan transfer edib.

Uruqvay millisinin üzvü ötən mövsüm İngiltərə çempionunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO