Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen” markalı avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi verilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib.
Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.
E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:02 / 06.08.2025
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU
Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU
Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU
263759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.