İraq Türkiyə vasitəsilə neft ixracını bərpa edəcək

İraq Türkiyə vasitəsilə neft ixracını bərpa edəcək

Hazırda oxunan: İraq Türkiyə vasitəsilə neft ixracını bərpa edəcək

263756

İraqdan Türkiyənin Ceyhan limanına uzanan neft kəməri vasitəsilə neft ixracı avqustun 6-da və ya 7-də bərpa olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə İraqın INA agentliyi məlumat yayıb və ölkənin neft naziri Hayan Əbdul Qani açıqlama verib.
 

“Biz neftin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracını bu gün və ya sabah, gündəlik 80 min barrel ilkin həcm ilə bərpa edəcəyik. Bu qərar Kürdüstanla əldə edilmiş razılaşmadan sonra qəbul olunub”, – deyə nazir bildirib.


Xatırladaq ki, İraqla Türkiyəni birləşdirən Kərkük–Ceyhan neft kəmərinin fəaliyyəti 2023-cü ilin fevralında baş vermiş güclü zəlzələdən sonra dayandırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO