İtaliyalı kişi iki gün başında oxla gəzib

İtaliyalı kişi iki gün başında oxla gəzib

Hazırda oxunan: İtaliyalı kişi iki gün başında oxla gəzib

263621

İtaliyada həkimlər iki gün başında qrossbov (arbalet) oxu ilə yaşayan yerli sakini xilas ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.
 

Hadisə Ankona şəhərində baş verib. Yerli xəstəxananın neyrocərrahiyyə şöbəsinin müdiri, professor Mauritsio Yakoandjelinin sözlərinə görə, 64 yaşlı pasiyent təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.


Ox xəstənin alınından girərək bütün kəlləni keçib və ensə hissəsindən çıxıb. Professor bildirib ki, bu cür zədə ilə sağ qalmaq möcüzədir, lakin kişi sadəcə sağ qalmayıb, iki gün bu yad cismlə yaşayıb və xəstəxanaya yerləşdiriləndə huşu yerində olub.

Professorun sözlərinə görə, ox beynin həyati vacib mərkəzlərinə toxunmayıb. Həkimlər yad cismi çıxarıblar və pasiyenti reanimasiya şöbəsinə yerləşdiriblər.

Onun vəziyyəti ağırdır və həkimlər həyatını xilas etməyə çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO