Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımlarla bağlı işçi qrupunun rəhbəri kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan İntiqam adlı şəxs 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İş materiallarından aydın olub ki, təqsirləndirilən şəxs "TikTok" platformasında "sosial yardım üzrə yoxlama" səhifəsi yaradaraq bu məsələ ilə bağlı vətəndaşlara kömək edəcəyi barədə yalan təbliğat aparıb. Bununla o, bir neçə nəfərin diqqətini cəlb edə bilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:02 / 05.08.2025
Özünü "vəzifəli şəxs" kimi təqdim edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Özünü "vəzifəli şəxs" kimi təqdim edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Özünü "vəzifəli şəxs" kimi təqdim edən şəxsə HÖKM OXUNDU
263613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.