Qətl törədən əlil şəxsin hökmü dəyişdirilmədi

Qətl törədən əlil şəxsin hökmü dəyişdirilmədi

Hazırda oxunan: Qətl törədən əlil şəxsin hökmü dəyişdirilmədi

263541

Bakıda qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı yekun qərar Bakı Apellyasiya Məhkəməsində qəbul olunub.

Təqsirləndirilən onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən yekun prosesdə 15 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərardan apellyasiya şikayəti versə də, bu məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Qaradağ rayonunun ərazisində baş verib.
 

Qulu Abbasov qohumu Xanlar Əmirovu, onu təhqir etdiyi üçün bıçaqla qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Qulu Abbasovun 17 il azadlıqdan məhrum olunmasını təklif etsə də, məhkəmə onu 15 il azadlıqdan məhrum edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO