Təmtəraqlı yas məclislərinin ləğvi ilə bağlı rəsmi açıqlama

Təmtəraqlı yas məclislərinin ləğvi ilə bağlı rəsmi açıqlama

Hazırda oxunan: Təmtəraqlı yas məclislərinin ləğvi ilə bağlı rəsmi açıqlama

263484

Son dövrlərdə respublikanın müxtəlif şəhər və rayonlarında yas mərasimlərinin daha sadə formada təşkili ilə əlaqədar yerli ictimaiyyət nümayəndələri, xüsusilə də ziyalılar, ağsaqqallar və digər nüfuzlu şəxslər tərəfindən təşəbbüslər irəli sürülür.

Bizim.Media xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend.az-a verilən açıqlamada bu təşəbbüslərin ilk növbədə cəmiyyətdə təmtəraqlı yas məclislərinin və həmin mərasimlərdə israfçılığın qarşısının alınmasına yönəldiyi bildirilib.

Qeyd olunub ki, yas mərasimlərinin keçirilməsi hər hansı normativ-hüquqi aktla tənzimlənmir, eyni zamanda, bununla bağlı Dövlət Komitəsinin üzərinə düşən konkret səlahiyyətlər yoxdur:

“Mərasimlərin keçirilməsi, əsasən, xalqın uzun illər ərzində formalaşmış adət-ənənələri və yerli ictimai təcrübəyə əsaslanır. Yas mərasimlərinin təşkili ilə bağlı yaranmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun əldə olunması zəruridir.

Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO