11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar...

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar...

Hazırda oxunan: 11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar...

263483

Sumqayıt Apellyasiya Məhkəməsində 11 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən hacı Salman Kamiloğlunun barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
 

Xatırladaq ki, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində baş verib. Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib.


Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Hacı Salman Kamiloğlu 3 il 9 ay azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO