Bakı-Şamaxı-Yevlax yolunda ağır QƏZA: Ana və 2 yaşlı uşağı avtomobil vurub öldürdü

Bakı-Şamaxı-Yevlax yolunda ağır QƏZA: Ana və 2 yaşlı uşağı avtomobil vurub öldürdü

Hazırda oxunan: Bakı-Şamaxı-Yevlax yolunda ağır QƏZA: Ana və 2 yaşlı uşağı avtomobil vurub öldürdü

263480

Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən xəbərə görə, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan “VAZ-21074” markalı, 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
 

“Yolun düzgün yerindən keçməmək – görünüşdə sadə bir qərardır. Amma bəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaq qədər ağır nəticə doğurur.


Baş Dövlət Yol Polisi İdarəsi bu faciəli hadisədən dərin təəssüf hissi keçirir və bir daha hərəkət iştirakçılarını xəbərdar edir: qaydanı pozaraq atılan hər addım – son addımınız ola bilər”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO