Azərbaycan vətəndaşında koronavirusun ən yoluxucu ştammı tapıldı

Azərbaycan vətəndaşında koronavirusun ən yoluxucu ştammı tapıldı

Hazırda oxunan: Azərbaycan vətəndaşında koronavirusun ən yoluxucu ştammı tapıldı

26343

Türkiyənin Ordu şəhərinin Gölevi məhəlləsində yaşayan Azərbaycan vətəndaşının koronovirusun “delta ştamm”ına yoluxduğu məlum olub.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadın tətildən qayıtdıqdan sonra özünü pis hiss edib. Aparılan testlər nəticəsində onun koronavirusun ən yoluxucu mutasiyasına-  "delta ştamm"ına tutulduğu müəyyənləşdirilib.

Nəticədə şəhər rəhbərliyi 10 mərtəbəli binanı karantinə alıb:

“20 mənzil karantinə alındı. Virus təkcə qadında tapılıb. Bütün lazımi təhlükəsizlik tədbirləri görülüb və dezinfeksiya aparılıb ”,- deyə şəhər rəhbərliyinin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, mart ayının sonunda Hindistanda B.1.617 olaraq bilinən ikiqat mutasiyaya sahib yeni bir koronavirus növü aşkar edilib.

Bu variant ilk dəfə keçən ilin əvvəlində Çinin Uhan əyalətində tapılan SARS-CoV-2 koronavirusundan daha yoluxucudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO