İsti havalarda susuzluğunuzu kofe və ya şirin qazlı içkilərlə yatırtmaq məsləhət görülmür.
Bizim.Media xəbər verir ki, bunu terapevt Alina Kiriçenko bildirib.
"Həddindən artıq istidə bir stəkan kola və ya bir fincan qəhvə bədənə açıq şəkildə susuzlaşdırıcı təsir göstərə bilər. Kofein sidikqovucu təsirə malikdir, diurezi (sidiyin əmələ gəlməsi və orqanizmdən ifraz edilməsi prossesi) artırır və mayenin daha intensiv ifrazını təşviq edir", - deyə Kiriçenko izah edib. O əlavə edib ki, istidə kofein orqanizmin termorequlyasiya qabiliyyətini 20-25 faiz azaldır.
"Kola kimi şirin qazlı içkilərin hər qutusunda 5-10 çay qaşığı şəkər var", - deyə həkim əlavə edib.
"Belə bir şirin məhlulu həzm etmək üçün orqanizm suyu qan axınından həzm sisteminə yönləndirir, buna görə də insan limonaddan sonra əvvəlkindən daha çox içmək istəyir. Bundan əlavə, qazlı içkilərin tərkibində fosfor turşusu və mədənin selikli qişasını qıcıqlandıran, böyrəklərdə yükü artıra bilən digər komponentlər var", - Kiriçenko vurğulayıb.
Qeyd edək ki, həkim qəhvə və sodaya sağlam alternativlər kimi nanə və limonlu soyuq yaşıl çayı, "matcha latte"ni (xüsusi südlü içki - kokteyl), giləmeyvə, meyvə və göyərti əlavə edilmiş suyu, hindistan cevizi suyu və minimum şəkərli ev kvasını məsləhət görüb. (Publika.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:43 / 05.08.2025
Kola və ya soyuq qəhvəyə alternativ: İsti havalarda bunları için
Hazırda oxunan: Kola və ya soyuq qəhvəyə alternativ: İsti havalarda bunları için
Hazırda oxunan: Kola və ya soyuq qəhvəyə alternativ: İsti havalarda bunları için
263414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.