Ərdoğan Britaniyanın baş naziri ilə nəyi müzakirə etdi?

Ərdoğan Britaniyanın baş naziri ilə nəyi müzakirə etdi?

Hazırda oxunan: Ərdoğan Britaniyanın baş naziri ilə nəyi müzakirə etdi?

263399

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Keyr Starmerlə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Baş nazirin diqqətinə Qəzzada humanitar vəziyyətin kritik həddə olduğunu da çatdırıb.
 

O, Türkiyənin Qəzzaya davamlı olaraq humanitar yardım göndərdiyini və vasitəçilərin bölgədə atəşkəsə nail olmaq üçün səylərini dəstəklədiyini bildirib.


Türkiyə Prezidenti İngiltərə baş nazirinə Fələstin Dövlətinin tanınması ilə bağlı verdiyi açıqlamalara görə təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO